Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 529 ton 795 kiloqram yaşıl tütün kütləsi daxil olub. AzFood.az xəbər verir ki, bu barədə “Azərtütün ASK” […]

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir. Artıq dəniz səviyyəsindən çox yüksək dağlıq ərazilərdə biçin aparılır. Bu mövsümdə ilk dəfə relyefi çətin, yüksək dağlıq ərazilərdə biçin prosesinə ən müasir texnologiyalara əsaslanan dağ kombaynları cəlb olunub. AzFood.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnika […]

Balakən rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 389 ton yaş tütün yarpağı dəriblər. Yığılan məhsulun 318 tonu “Virciniya botaniki”, 71 tonu isə yerli “İmmuniy” növlü tütündür. AzFood.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov […]

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 199 ton […]

Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı ilbəil artır. AzFood.az xəbər verir ki, qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərində əkilsə də, bu gün artıq Qızılağac kənd sakinləri də bu işə böyük maraq göstərir. Bu ərazilərdə yetişdirilən məhsul yüksək […]

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) taxıl biçini dövründə fermer və sahibkarların kombayna yaranan tələbatını ödəmək məqsədi ilə yeni bir layihəyə start verib. Belə ki, Gəncə Avtomobil Zavodunda yeni kombaynların yığılması həyata keçirilir. Ötən gün ilk belə kombaynlardan biri Oğuz rayonunda test sınaqlarından keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin […]

Astarada bu ilin ilk bal süzümünə başlanılıb. Cənub bölgəsində ən iri arıçılıq təsərrüfatları bu rayonun payına düşür. Hazırda rayonda 1300-dən çox arıçının təsərrüfatında 30 minə yaxın arı ailəsi var. AzFood.az xəbər verir ki, Astaranın dağlıq kəndlərində əhali əsasən arıçılıqla məşğuldur. Rayonda daha çox arı təsərrüfatının olduğu kəndlərdən biri də Miki […]

İyun ayının ikinci ongünlüyündən başlayaraq qubalı arıçılar təsərrüfatlarını aran və dağətəyi zonalardan dağlıq ərazilərə köçürməyə başlayıblar. AzFood.az xəbər verir ki, Qubalı arıçı Eldəniz Babayev bildirib ki, arı ailələrinin mövsüm dövründə planlı surətdə köçürülməsi bal məhsuldarlığının artırılmasının əsas amillərindəndir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin inkişafına səbəb olur. […]

Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar Aqrar Elm və İnnovasiya Mərkəzində yaradılmış işçi qrupu tərəfindən ötən həftədən başlamış monitorinqlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzFood-a bildirilib ki, bu həftə işçi qrupunun üzvləri Quba, Qusar və Xaçmaz rayonlarında olaraq bölgədə […]