Dietoloq Kristina Andersson yeddi ucuz və faydalı ərzağın adını açıqlayıb. Azfood Saglamolun.az-a istinadən xəbər verir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Svenska Dagbladet nəşri yazıb. Həkim qida rasionuna məmnuniyyətlə qırmızı soğanı əlavə edir. Bu soğan vitaminlər və faydalı maddələrlə zəngindir, həmçinin bakterisid effektini ehtiva edir. Qırmızı soğanın tərkibində həmçinin […]

Balakənli fermerlər bu il 7 min 515 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 2 min 250 hektar sahənin məhsulu yığılıb, 13 min tondan çox dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 58 sentner […]

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş “Region Könüllülərin Dizayn Sammiti” layihəsinin 18 sentyabrda İsmayıllı rayonunda onlayn olaraq zoom üzərindən rəsmi açılış mərasimi keçirilib. Azfood xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə edilib. Layihə rəhbəri olaraq, Pünhan Səlimli regionumuz və gənclərimiz […]

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn seminar keçirilib. AzFood.az xəbər verir ki, təlim Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzinin təsisçi və direktoru Ruslan İmamquliyevin moderoturluğu ilə keçirilən seminarda postpandemiya dövründə logistikanın inkişafına marketinq, […]

Artıq çəki bəzi insanlar üçün sadəcə görünüş baxımından problem olsa da, bəziləri üçün xəstəlik xəbərçisidir. Azfood.az publika.az-a istinadla xəbər verir ki, buna görə də sürətli çəki itirilməsi vacib olur. Bu anlamda pəhriz siyahılarının başında lif qaynağı olan qida maddələri yer alır. Mütəxəssislərin fikrincə, bu qidalar yağı sürətlə əridib bir çox […]

Neftçalada bostan məhsullarının yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 185,7 hektar bostan sahəsindən 7 min 523 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 405,1 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 sentner çoxdur. Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AzFood-a bildirib ki, Neftçalada 147 hektar sahədə […]

Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər: 1. AzFood.az bildirir ki, təzyiqin enməsi zamanı kofeinlə zəngin olan çay çox yaxşı kömək edir, təzyiqi qaldırır. 2. Çay saçların tökülməsini azaldır. Bu məqsədlə saçları yuduqdan sonra təzə çay dəmi ilə […]

Mədəaltı vəzi xərçəngi ən təhlükəli və ən ölümcül xərçəng növüdür. Xəstəliyin simptomları spesifik olmadığından diaqnoz bir çox hallarda gec qoyulur və bu da xəstəliyin proqnozunu ağırlaşdırır. AzFood.az Rusiaya KİV-lərinə istinadla bildirir ki, mədəaltı vəzinin ən birinci simptomu qarın nahiyəsində ağrılardır. Xəstəlik inkişaf etdikcə xəstənin çəkisi azalmağa başlayır, dərisi saralır, “yağlı […]

Muxtar respublikanın Şahbuz rayonunda ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri sentyabr ayının əvvəllərindən payız şumuna başlayıblar. AzFood.az xəbər verir ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasına, fiziki şəxslərə və ailə təsərrüfatçılarına məxsus 15-ə yaxın texnikadan istifadə olunmaqla, indiyədək 300 hektar sahədə şum qaldırılıb. Şum əsasən Şahbuz şəhərində, Şahbuzkənddə, Sələsüz, Türkeş, […]

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 55,95 mln. ABŞ dolları dəyərində 9 125,03 ton qabıqlı və qabıqsız meşə fındığı ixrac edib. Azfood.az fed.az-a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,64 mln. dollar və ya 18,4%, həcm ifadəsində isə 3 445,1 ton və ya 27,4% […]