Hələ qədim zamanlardan Şərq təbibləri, loğmanlar cavanlığın ömrünü uzatmaq üçün bir çox üsullsrdan istifadə ediblər. Elə müasir dövrdə də uzunömrlülük üçün xalq təbabətində müxtəlif cövhərlər, həlimlər, içkilərdən geniş istifadə olunur. AzFood.az Modern.az-a istinadən xəbər verir ki, tanınmış həkim fitoterapevt Sadıq Salami “cavanlıq içkisi” hazırlayıb. Sadıq Salami içkini belə təqdim edib: […]

Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun turşməzə tamını hiss edir. Lakin çiy yeyiləndə turş dadan əvəlik bişiriləndə yeməklərə ləzzətli tam verir. Yerüstü hissələrindən, cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və xörəklər hazırlanır. Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu […]

Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. AzFood.az xəbər verir ki, ümumilikdə, 2020-ci ilin ötən dövründə Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə […]

Veysəloğlu Şirkətlər Qrupu vətənimizin azadlığı və bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə həssaslıqla yanaşır və korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində onlar üçün çoxsaylı layihələr həyata keçirir. Şirkətdən AzFood-a verilən məlumata görə, artıq 4 şəhid ailəsi himayəyə götürülüb. Onlardan 3-ü Tovuz istiqamətində gedən döyüşlərdə […]

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən dağ çayları sularının yığılması üçün relyefə uyğun olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur. Azfood.az Fed.az-a istinadən xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən […]

Bir neçə gündür Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 90 ton “ağ qızıl” yığılıb. Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood -a verilən məlumata görə, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib. […]

Türkiyəli kardioloq, professor Canan Karatay çaya şəkər əvəzinə kərə yağı atmağı məsləhət görüb. AzFood.az xəbər verir ki, həkim bunu onun çox faydalı olması ilə izah edib. Bəs kərə yağlı çayın faydaları nələrdir? Rahatladıcı və yumşaldıcı təsiri sayəsində çay cəmiyyətimizin ayrılmaz hissəsi olub. Hələ qədim zamanlardan min bir dərdin dərman olan […]

AZƏRTAC   Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları bölgələrdə fermerlərə xidmətə başlayır 23.09.2020 [12:55]KƏND TƏSƏRRÜFATI Bakı, 23 sentyabr, AZƏRTAC   Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzFood-a bildirilib ki, mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, […]

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar lavanda tərkibli çay istehsalına başlayıb. Azfood.az fins.az-a istinadla xəbər verir ki, bu barədə  KOBİA-dan bildirilib. Məlumata görə, Agentliyin Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından […]

Bir neçə gündür ki, Salyanda pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 277.6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AzFood-a bildirilib ki, cari təsərrüfat ilində rayonda 5 min 10 […]