Azfood.az realtv.az-a istinadən xəbər verir ki, bu mövsüm Abşeronda 18400 h ərazi suvarılıb Bu mövsüm Abşeron magistral su kanalı vasitəsilə18 min 400 h ərazi suvarılıb.Növbəti illərdə bu rəqəmin 21 min hektara çatdırılacağı gözlənilir. Kanalın əsas hissəsi tikilib başa çatmaq üzrədir.5,6 km hissəsinin tikintisi isə qış aylarında tamamlanacağı gözlənilir. Quraqlıq və […]

Kartofçuluq Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları sahələrdə bol məhsul yetişdiriblər. AzFood.az xəbər verir ki, Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il rayonda 880,5 hektar sahədə əkilmiş kartof sahəsindən 15 min 303,5 ton faraş məhsul yığılıb. Kartofun hər hektarından götürülən məhsuldarlıq […]

Xaçmazlı təsərrüfatçılar bu il fındıq bağlarından daha çox gəlir əldə edəcəklər. AzFood.az xəbər verir ki, rayonun fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Fındıq bağlarında kütləvi məhsul yığımına avqust ayının 15-dən sonra başlanılır. Yığım bir ay davam edir. Rayonun Bayoba kəndində 100 hektardan çox fındıq bağı mövcuddur. Fermer Qəhrəman […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən azfood.az-a verilən məlumata görə respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Belə ki, Agentliyin fitosanitar müfəttişləri bu dəfə Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər […]

“Su problemi ilə bağlı müvafiq komissiya yaradılıb. Baş nazirin müavini həmin komissiyaya rəhbərlik edir. İlkin təkliflər artıq verilib”. Azfood FED.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin […]

Aqrar İnkişaf Könüllülərinin I Ümumrespublika Veb Forumuna start verilib. Onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və […]

Şamaxı rayonunda kartof yığımı davam edir və hələlik sahələrdən 1496 ton məhsul götürülüb. Rayon statistika idarəsindən bildirilib ki, carı mövsümdə 326 hektarda kartof əkilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çoxdur. Hələlik 220 hektarın məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdən yığım davam etdirilir. Rayonun cənub ərazilərində, o cümlədən Kələxana, Qurdtəpə, […]

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda son illər günəbaxan bitkisinin becərilməsinə maraq artıb. Rayon statistika idarəsindən AzFood-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 1852,1 hektar sahədə günəbaxan yetişdiriblər. Artıq əkinçilər yetişdirdikləri məhsulu yığmağa başlayıblar. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. […]

Tərtərli arıçı Bəkir Ağayev arının saxlanması və məhsuldarlığın artırılması istiqamətində yenilikləri daim izləyir və təsərrüfatında tətbiq edir. Bu il Kanada təcrübəsi əsasında bir pətəkdə iki ana arı saxlayan tərtərli arıçı yüksək məhsuldarlığa nail olub. O, AzFood -a müsahibəsində çoxanalı pətəyin üstünlüklərindən danışıb, yeni üsulun tətbiqi sayəsində pətəkdə işçi arıların sayının […]

Bu ilin iyul ayının 1-nə Azərbaycanda kənd təsərrüfatı sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 50,8 mln. manat və ya 10,1% artaraq 552,7 mln. manata çatıb. Azfood Fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, kənd təsərrüfatı sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 30,2 […]