Bu mürəbbə əsl təbii dərmandır. Soyuqdəymə, qanazlığı, vitamin çatışmazlığı zamanı çox yaxşı təsir edir və həmçinin çox dadlı və ətirlidir. Tərkib: – 1 kq balqabaq üçün 1 kq şəkər tozu 1 limon və 1 portağal götürülür. Hazırlanması: 1. Meyvələr yuyulur, doğranılır, çəyirdəkləri çıxarılır (qabığı soyulmur). 2. Balqabaq soyulur, tikələrə doğranılır. […]

“Təəssüf hissiylə qeyd edirəm ki, koronavirusdan ölüm halları artmaqdadır. Ümumiyyətlə, dünyada bütün statistik məlumatlarda bu istiqamətdə artım tendensiyası davam edir. Hətta aprel, may aylarının rəqəmlərindən daha yüksəkdir. 13 noyabr tarixində dünyada gündəlik statistika 660 000 nəfəri keçmişdi”. AzFood bildirir ki, bu sözləri publika.az-a açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd […]

Azfood.az e-tibb.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib. Son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin […]

Rusiyanın tanınmış onkoloq-cərrahı, tibb elmləri namizədi Mixail Myasnyankin qidanın hansı şəraitdə xərçəng xəstəliyinə səbəb olmasından danışıb. Bu barədə Azfood.az Report.az-a istinadən xəbər verir. Mütəxəssisin sözlərinə görə, məhsullar mineral gübrələr və ya kanserogen maddələrlə çirkləndikdə bu, xəstəliyin inkişaf riskini artırır. “Bu, mədə-bağırsaq sisteminə, selikli qişaya zərərli təsir göstərir. Belə bir təsir […]

Türkiyədə vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi pulsuz olacaq. AzFood APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilib. Nazir deyib ki, […]

Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca”nın koronavirusa qarşı hazırladığı peyvəndin testlərin nəticələrinə görə orta effektivliyi 70% olub. AzFood TASS-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Böyük Britaniya hökuməti bu istehsalçıdan 50 milyon insana peyvənd vurmaq üçün yetərli olan 100 milyon doza həcmində ilkin sifariş edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada koronavirusa qarşı peyvənd […]

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə […]

Tibbi təcrübədə boşuna verilən, bəzən həkimlər tərəfindən hələ də təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb. Onları vermək və nəticələri xəstənin müalicəsinə elə də qiymətli məlumat vermir. Milli.Az medicina.az-a istinadən çox pasiyentlərə təyin olunan analizlərin qara siyahısını təqdim edir: 1.Disbakterioz təyini üçün nəcis əkmə analizi Disbakterioz […]

Dırnaqların vəziyyəti onkoloji xəstəliklərin xəbərçisi ola bilər. Milli.Az sputnik-ə istinadən bildirir ki, bu barədə onkoloq cərrah Mixail Myasnyankin danışıb. Həkimin sözlərinə görə, dırnaqlarn qırılmasını, qansızmasını və üzərində çat yaranmasını nəzarətsiz buraxmaq olmaz. “Bununla yanaşı, dırnaqların üzərində olan tünd xətlər də xəstəlik xəbərçisi ola bilər. Bütün bunlar həkimə müraciət etmək üçün ciddi səbəblərdir. […]

Adaçayı və perilla əsasında hazırlanmış çay koronavirusun aktivliyini azaldır. AzFood xəbər verir ki, bu barədə adı çəkilən otlardan olan çayın koronavirusa yoluxmuş hüceyrələrə təsirini araşdıran Essen Universiteti Xəstəxanasının Virusologiya İnstitutunun alimləri bildiriblər. Mütəxəssislər içkini hazırlayarkən əvvəlcə onları qaynama həddinə çatdırıblar, sonra isə suyun bitki komponentləri ilə maksimum doymasını təmin etmək […]