Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hazırladığı COVID-19 peyvəndinə lisenziya verilməsini müzakirə edir. Azfood.az publika.az-a istinadən xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Katerina de Kat açıqlayıb. “ÜST Rusiyanın səhiyyə orqanları ilə sıx əlaqədədir. Peyvəndin mümkün ilkin analizi ilə bağlı müzakirələr davam edir”, – “RİA Novosti” Katdan stat gətirib. Peyvəndin lisenziyalaşdırılması üçün bütün […]

Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir. AzFood.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Tatyana Rıbka “Rossiyskaya qazeta” ya müsahibəsində danışıb. Həkim həmçinin COVID-19-dan sağalanlara istirahət rejiminə riayət etmələrini və daha çox gəzmələrini tövsiyə edib. Eyni zamanda, o, xəstəliyə yeni […]

Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər. Azfood xəbər verir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib. Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan […]

“Açıq havada restoranların və kiçik ticarət mərkəzlərinin açılması məsələsi hazırda müzakirə olunur. Çünki etiraf edək ki, restoranlarda qida qəbulu zamanı maskadan istifadə mümkün deyil və sosial məsafələrin saxlanılması çətin olur”. “Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında […]

“Bakıda yoluxma tendensiyası müşahidə olunur. Bu səbəbdən epidemioloji şərait kompleks şəkildə qiymətləndirildikdən sonra regionlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq”. Azfood “Report“-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Çinin Uhan şəhərindən yaxın günlərdə ölkəyə ekspert qrupunun gəlişi nəzərdə tutulur”. Azfood “Report“-a istinadla xəbər verir ki, bunu Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan dünyada vaksinlə bağlı məsələləri araşdırır. Vaksinlərin istifadəyə verilməsi və ya bir sıra məsələlər gündəmdə saxlanılır”. Azfood “Report“-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, müəyyən şirkətlərlə əlaqələr saxlanılır: […]

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirib. AzFood.az APA-aya istinadən xəbər verir ki, bu barədə şənbə günü ÜST-ün Fövqəladə Komissiyanın iclasında qeyd edilib. İclasda ÜST nümayəndələri və onların tərəfdaşları koronavirusla bağlı məhdudiyyətlərin – xüsusi rejimin saxlanılması qənaətinə gəliblər. Bu baxımdan təşkilat tərəfindən fövqəladə vəziyyət rejimi üç […]

İspaniyada koronavirusa qarşı sprey hazırlanır. Alimlərin fikrincə, hazırlanan sprey ağız boşluğunda koronavirusun yayılmasının qarşısını ala biləcək. AzFood.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar Ali Şurası məlumat yayıb. “İnfeksiya ağız boşluğundan başlayır. Hazırlanan sprey isə virus hissəciklərinə nüfuz edə bilmədikləri maneə yaradacaq. Virusa yoluxma baş versə belə, […]

Məşhur rusiyalı aparıcısı, tibb elmləri doktoru Yelena Malışeva qoruyucu maskaların uşaqlar üçün yaratdığı təhlükə barədə danışıb. AzFood-un verdiyi xəbərə görə, bu barədə o, şəxsi “İnstagram” səhifəsində məlumat verib. Belə ki, paylaşımlarının birinin şərh bölməsində teleaparıcıdan Qazaxıstanda yeni doğulan uşaqlara maska taxmaq qərarına münasibəti soruşulub. “Bu yolverilməzdir!.. Uşaqlarda tənəffüs sistemi təkmilləşməyib. […]