Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib. AQTA-dan AzFood bildirilib, seçki komissiyası tərəfindən İctimai Şuraya üzvlüklə bağlı 16 namizədin müraciəti qeydə alınıb. Səsvermə prosesində 66 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib. Səsvermə prosesi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçirilib. […]

Turp ən çox yeyilən tərəvəzlərdəndir. Biz turpun dadından xoşlandığımız üçün onu yeməklərin yanında və ya salatlara əlavə edərək qəbul edirik. Amma, turpun orqanizm verdiyi faydalardan çoxlarının xəbəri belə yoxdur. Turp bir çox xəstəlikərin müalicəsində çox faydalıdır. Turpun faydası ən çox dəriyə, bağırsaqlara, həzm sisteminə olduğunu barədə məlumatlarınız yəqin ki, az […]

Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564 793 hektarı suvarılan, 472 714 hektarı dəmyə sahələrdir. Bu barədə AzFood-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, noyabrın 27-nə qədər proqnozlaşdırılan əkin sahələrinin 87 %-də faktiki şum aparılıb, 678 616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Fermerlər 421 379 hektar […]

İnsan orqanizminin yoluxucu xəstəliklərə qarşı müqavimətini artıran maddələr arasında ən güclüsü C vitaminidir. AzFood xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Florida Beynəlxalq Universiteti Qidalanma və Pəhriz Departamentinin professoru Kristina Palasios bildirib. O, həmin maddəni qəbul etmək üçün portağal, qreypfrut, çiyələk və pomidor kimi məhsullardan daha çox yeməyi məsləhət görüb. […]

Azərbaycanda koronavirusa (COVID-19) 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 35 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 38591 nəfərdir. Ölkədə son sutka ərzində 16402, hazırkı dövrədək isə 1682234 test aparılıb. Ümumi ölənlərin sayı 1291 […]

Gürcüstanda istehsalçılar un və çörək məmulatlarının qiymətini sabit saxlamaqda çətinliklə üzləşiblər. AzFood xəbər verir ki, bu barədə ölkənin Buğda və Un İstehsalçıları Assosiasiyası və Çörək İstehsaçıları Birliyinin birgə bəyanatında bildirilib. Qeyd olunub ki, dövlət daxili bazarda stimullaşdırıcı tədbirlər görməsə, I sort buğda ununun 50 kiloqramlıq kisəsi 10 lari bahalaşacaq ki, […]

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 3680 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 3 min tonu artıq tədarük müəssisələri tərəfindən alınıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Xatırladaq ki, bu il Şəki rayonunun təsərrüfatlarında […]

İngiltərənin “AstraZenaca” dərman şirkəti ilə Oksford Universitetinin birlikdə hazırladığı və koronavirusa qarşı 90% müdafiə təmin edən “AZD1222” vaksinilə bağlı gözlənilməz açıqlama gəlib. Publika.az xəbər verir ki, vaksinin dozasında xətaya yol verildiyi etiraf olunub. “New York Times”ın xəbərinə görə, “AstraZeneca” vaksininin bilgilərinin çatışmadığı, yeni bilgilər almaq üçün sınaqların davam edib-etməyəcəyilə bağlı […]

Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]

Cənubi Afrikada yaşayan 21 yaşlı Ellie Vho meşəyə gedir və topladığı meyvə və bitkiləri, xüsusən də banan yeyir. AzFood xəbər verir ki, Cənubi Afrikada yayımlanan Afrimax TV televiziyasına danışan Ellienin anası beş övladını doğuşda itirdiyini və Ellieni Allahın bir hədiyyəsi olaraq gördüyünü bildirib. Anası kəndlilərin övladına daim təzyiq göstərməsindən və ona “meymun” adının […]