Qida orqanizmi həyati vacib maddələrlə təmin edir və həm də orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər. Bu tək mədə-bağırsaq sistemi, qaraciyər, böyrəklər və s. orqanların xəstəliklərinə aid deyil. Sinir sistemi xəstəlikləri və pozulmaları zamanı da […]

Bəzi çox adi və ucuz təbii vasitələr (qida məhsulları, otlar, faydalı içkilər və s.) bizə yüksək təzyiqi salmağa və təzyiqə nəzarət etməyə yardım edə bilir. Dərmanlardan fərqli olaraq bu vasitələr orqanizmə nəinki heç bir yanaşı təsir etmir, əksinə yalnız fayda verir. Bu səbəbdən yüksək təzyiqi normallaşdırmaq məqsədi ilə mümkün qədər […]

Parlaq sarı-narıncı rəngli qidalarda olan beta-karoten maddəsi xəstəliklərdən xüsusilə qoruyur. Azfood.az xəbər verir ki, bu sözləri dietoloq Marina Apletayeva deyib. O, payızda immuniteti gücləndirməyin və bədəni mövsümi xəstəliklərdən qorumağın yollarından danışıb: “Rasiona sarı-narıncı tərəvəzlər əlavə etməyə çalışın: portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü, qovun və s. Bu tərəvəz və meyvələr […]

Darçın ağacının qabığı olan ətirli ədviyyatın vətəni Seylondur. Ağacın qabığını qurudurlar və o borucuqlar şəklində burulur. Daha sonra borucuqları kiçik hissələrə kəsirlər və satırlar. Həmçinin darçın toz şəklində də satılır. Lakin mütəxəssislər darçını toz şəklində almağı tövsiyə etmirlər. Darçın borucuqları öz faydalı və müalicəvi xüsusiyyətlərini daha uzun müddət ərzində – […]

Kaliforniya Universitetinin (ABŞ) professoru Stiv Xorvat insan orqanlarının bioloji yaşı ilə bağlı maraqlı araşdırma aparıb. AzFood.az Komsomolskaya Pravda-ya istinadla xəbər verir ki, araşdırma zamanı müxtəlif orqanların insanın “pasport” yaşına uyğun olub-olmadığı öyrənilirdi. Maraqlıdır ki, eksperimentin nəticələrinə görə, ən tez qocalan orqan qadın sinəsidir. Döşün hüceyrələri orta hesabla orqanizminin digər hüceyrələrlə […]

ABŞ Hökuməti yanında Koronavirusla Mübarizə Qurumunun rəhbəri Entoni Fausi bildirib ki, COVID-19-un peyvəndi tapılsa da, normal həyata 2021-ci ildən tez qayıtmaq mümkün olmayacaq. AzFood.az  Publika.az-a istinadən xəbər verir ki, mütəxəssis peyvəndin effektivliyindən də söz açıb. “Koronavirusdan əvvəlki vəziyyətə bənzər normallıq dərəcəsinə qayıtmaqdan danışırsınızsa, bəlkə də 2021-ci ilin sonlarına doğru mümkün […]

Saçların gözəl görünməsi üçün yumşaldıcı, nəmləndirici və parladıcı təsir göstərən möcüzəvi qidalardan biri də  baldır. AzFood.az–ın təqdim etdiyi 3 saç maskasında baldan istifadə edərək daha güclü və daha tez uzanan saçlara nail olmaq  mümkündür. Bal saçın və saç dərisinin zərər görməsini önləyən antioksidantlar baxımından da zəngindir. Bal, banan və zeytun yağı […]

AzFood.az AZƏRTAC-a istinadla xəbər verir ki, toyuq yumurtasının qidalılığının insan orqanizminə təsirini öyrənən ABŞ alimləri belə qənaətə gəlmişlər ki, səhər qayğanaq yemək çox faydalıdır. Aşkar edilmişdir ki, müntəzəm surətdə yumurta yemək sağlamlığa, yaxşı fiziki formaya və yüksək intellektual səviyyəyə çatmağa kömək edir. Eyni vaxtda gündəlik rasionda olan bu qida artıq […]

Mütəxəssislər sağlam qidalanma baxımından bol miqdarda tərəvəz istifadə edilməsini məsləhət görür. Ancaq tərəvəzləri hormonsuz və sağlam bir şəkildə istehlak etmək istəyirsinizsə mövsümündə yeməlisiniz. Hansı tərəvəzi hansı mövsümlərdə istifadə etməyi bilmirsinizsə , AzFood.az-ın təqdim etdiyi məlumatları diqqətlə oxumağınızı tövsiyyə edirik. Yaşıl soğan: İyul, Avqust, Sentyabr istisna olmaqla digər bütün aylarda Təzə […]

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə dəyəri 376 252,12 min ABŞ dolları dəyərində 372 967,67 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4%, həcmi isə 2,2% artıb. Qeyd edək ki, yanvar-avqustda Azərbaycandan ixrac olunan […]