Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AzFood-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 […]

Ultradalğalı soba aşağıdakı 5 xəstəliyin əmələ gəlməsinə səbəb olur. İndi əksər evlərdə murodalğalı soba var. İnsanların çoxu yeməkləri urtladalğalı sobada isidir. 30 ildən artıqdır ki, insanlar ultradalğalı sobadan istifadə edirlər. Bəs belə sobada qızdırılan yeməyin insan orqanizmi üçün zərəri olub-olmadığını barədə insanların çoxu düşünmür. Məsələ burasındadır ki, mikrodalğalı sobada yemək […]

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. AzFood xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu il mayın 1-nə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk […]

Bu günlərdə Rusiya internet nəşrlərindən biri Xabarovsk şəhərinin  ticarət şəbəkələrindən birində “görünməmiş dərəcədə bahalı” Azərbaycan kartofuna rast gəldiklərini yazırdı. Kartof doğrudan da bahalı idi- Rusiya pulu ilə 280 rubla və ya Azərbaycan pulu ilə 6 manat 20 qəpiyə. Amma söhbət Rusiyanın uzaq şərqindən, qarlı-şaxtalı Xabarovskdan gedir, üstəlik ora gedib çıxan […]

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 19-21-də Bakı və Abşeron ərazisində üç fərqli yerdə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək. Yarmarkanın təşkilində […]

Qış aylarında dəri daha çox quruyur. Bu mövsümdə üzə qulluq etmək daha vacibdir. AzFood dərini nəmləndirəcək maska reseptini təqdim edir. Bir çay qaşığı püre halına salınmış avokado, 1 çay qaşığı qaymaq və E vitaminini qarışdıraraq krem halına salın. Məhlulu 20 dəqiqə üzünüzdə saxlayıb, gül suyu ilə üzünüzü təmizləyin.

Azərbaycanda fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer […]

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) “O gələcək?” adlı kitabı fransız dilində çap edilib. AzFood xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin […]

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan AzFood-a verilən məlumata görə, agentlik əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus “Şirvanşah” restoranında yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl […]

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir […]