Yenicə yola saldığımız 2020-ci ildə Ağsu rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı inişildəkinə nisbətən 16,7 faiz artıb. Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, aqrar sektorda çalışan fermerlər və fiziki şəxslər ili uğurlu nəticələrlə başa vurublar. Belə ki, il ərzində 108,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal […]

Keçən il 440 hektar sahədə şəkər çuğunduru becərən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri 17 min 25,8 ton məhsul əldə ediblər. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 387 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib. Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri […]

Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 7 min 819 hektarı buğda, 3 min 577 hektarı arpa olmaqla, 11 min 396 hektar sahəyə toxum səpiblər. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 76 hektar artıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala […]

Beyləqan rayonunun pambıqçıları tarlalardan 31 min 21,09 ton məhsul toplayıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral […]

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar-noyabr aylarında 1,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib. AzFood-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln ABŞ dolları və […]

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Rayon statistika idarəsindən AZƏRTAC-ın […]

Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.   Dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 faizində faktiki şum aparılıb, 929760,3 hektar sahədə isə səpin işləri həyata keçirilib. […]

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılsa da, torpaq mülkiyyətçiləri indiyədək 66 min 103 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 36 min 180 hektarını buğda, 29 min 923 hektarını […]

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən […]

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyanı davam edir. Bəyan prosesinin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları vasitəsilə bölgələrdə vətəndaşlara səyyar xidmət göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə xidmət Göygöl rayonunun Qırıxlı kəndində təşkil olunub. Kənd […]