Masallı rayonu ölkəmizin subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını sitrus meyvələrinin istehsalı təşkil edir. Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi digər bölgələrdə olduğu kimi, Masallıda da sitrus meyvəçiliyinin inkişafında yüksək nəticələr əldə etməyə imkan yaradıb. Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, ötən […]

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fındıq sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır. Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, fermerlər və […]

Ötən il Oğuz rayonunda tütünçülüklə məşğul olan 65 fermerə istehsal etdikləri 548,5 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 27 min 425 manat məbləğində subsidiya verilib. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. AQTA-dan AzFood-a verilən məlumata görə, Ukraynada fəaliyyət göstərən “Oyl Trade 2000” MMC tərəfindən istehsal olunan və Azərbaycana fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən idxal olunan 24 ton qoz ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. […]

“Azərbaycan pomidorları, ümumilikdə meyvə və tərəvəzləri çox dadlıdır. Azərbaycan tam haqlı iddia edirlər ki, məhsulları çox kefiyyətlidir”. AzFood xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan istehsalı olan pomidorların Avropa ölkələrinə ixracı imkanlarına münasibət bildirərkən deyib. “İxrac bazarlarının diversifikasiya edilməsi çox vacibdir. Hazırda Azərbaycan […]

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni […]

Rusiyanın Çuvaşiya Respublikasından və Ulyanovsk vilayətindən Azərbaycana 1 140 ton buğda ixrac olunacaq. AzFood Rusiyanın “Rosselxoznadzor”una istinadən xəbər verir ki, qurum tərəfindən tədarük olunacaq məhsul yanvar ayında fitosanitar nəzarətdən keçirilib və Azərbaycana tədarükünə dair icazə verib. Məhsul Azərbaycana dəmiryol vasitəsilə çatdırılacaq. Tədarük Ulyanovsk vilayətinin Dimitrovqraq şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı […]

“Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”. AzFood xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarların “Qlobal […]

Bu ilin mart ayında Bakıda bal yarmarkasının təşkili planlaşdırılır. Bunu AzFood-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, yarmarkanın təşkili ilə bağlı arıçılar tərəfindən təkliflər irəli sürülüb: “Bu, əlbəttə, mövcud şəraitdən asılı olacaq. Çox istərdik, qısamüddətli olsa da, yarmarka təşkil olunsun. Məkana gəldikdə isə, yarmarkanın ənənəvi yerində […]

2020-ci ildə Azərbaycan Gürcüstandan 10,7 milyon ABŞ dolları dəyərində 2 500 ton dondurulmuş mal əti idxal edib. Bu barədə AzFood-a Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, bu, illik müqayisədə 1 972 ton və yaxud 4,7 dəfə çoxdur. Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,1 milyon ABŞ dolları olan 1 […]