Dünyada koronavirus infeksiyasının sürәtlә yayılması әksәr ölkәlәrin turizm sektoruna da öz mәnfi tәsirini göstәrib. Bu hal ölkәmizdә dә müşahidә olunub vә cari ilin yanvar-avqust aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә turizm infrastrukturunun әsas elementlәrindәn olan ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb. Sәbәb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması mәqsәdilә […]

Timsahlar yer üzünə 190 milyon il əvvəl gəlib. Onlar dünyanın ən qorxulu heyvanlarından hesab edilir. Timsahların uzunluğu 7 metrə qədər ola bilir. Onlar tropik sularda, bataqlıqlarda və göllərdə yaşayırlar. Timsahlar Yer üzərində sayları azalmaqda olan heyvanlardandırlar. Bəzi ölkələrdə timsahlar dövlət orqanları tərəfindən qorunurlar. ABŞ-da, Yaponiyada və Kubada timsahların yetişdirilməsi üçün […]

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusun aşkarlanmasına dair 46 fakt qeydə alınıb. Azfood “Qafqazinfo” və “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova məlumat verib. Koronavirusun su və qida nümunələrində aşkarlanması ilə əlaqədar araşdırmalar 3 sentyabrda Rusiyanın bütün […]

Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur. Azfood.az xəbər […]

İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Azfood.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) FED.az-a verilən məlumata görə, kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin […]

Azərbaycanda növbəti dəfə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azfood-a verilən məlumata görə, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli […]

Pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahəsinin fəaliyyəti ilə bağlı tələblər: – Girişdə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları barədə lövhə yerləşdirilməli – Xüsusi döşəmə işarələri ilə nişanlanmaqla 2 metrlik fiziki məsafə qaydası tətbiq edilməli – Eni 0,7 metrdən az olan masaların ətrafında qonaqlar qarşı-qarşıya, lakin çarpaz qaydada əyləşməli […]

Azfood.az report.az-a istinadla bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda deyilir: Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur. Avqustun 5-dən başlayaraq sərt […]

Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır. Azfood.az fed.az-a istinadla xəbər verir ki, AQTA-dan verilən məlumata görə, mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir.  Belə ki, mehmanxanaların […]

Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır. Mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir. Belə ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə […]