İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də […]

Ötən il Azərbaycan 78,7 milyon ABŞ dolları dəyərində 43,9 min ton ət idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 0,76 milyon ABŞ dolları (0,9 %) və 7,6 mln ton (14,7 %) azdır. Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,7 %-ni təşkil edib.

Quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib. AzFood xəbər verir ki, konfransda Kənd Təsərrüfati naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ASK-ın prezidenti Məmməd Musayev, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərlərinin iştirak edib. Bildirilib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident […]

2020-ci ildə Azərbaycanda 8 428,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. AzFood Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2% çoxdur. Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,8% artaraq 4 028,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,1% artaraq 4 400,5 milyon manat […]

Taxılçılıq Astara rayonunda kənd təsərrüfatının əsas sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını artırıb. Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, rayonda 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin […]

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib. Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi […]

Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı” hazırlanıb. Agentliyin nümayəndəsi Könül Nuriyeva bu barədə AzFood-a məlumat verib. Onun sözlərinə görə, aqroturizm kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan […]

“2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılıb”. AzFood-un məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, bu günədək elektron […]

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biçin aparılmış 43 min 66 hektar taxıl sahəsindən 123 […]

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda […]