Ötən il Qax rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 26 min 863 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 897 təsərrüfatçı arıçılıqla məşğul olur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il […]

FAO Azərbaycanda aqrar sahədə çalışan qadınlara dəstək göstərəcək “Azərbaycanda aqrar sahədə çalışan qadınların 56 %-ini qadınlar təşkil edir. Lakin rəsmi qaydada bu sahədə çalışanların yalnız 21 %-i qadınlardır”. AzFood xəbər verir ki, bunu “Aqrar sahədə qadınların rolu” layihəsinin açılış mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və […]

Builki mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 270 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, cari təsərrüfat ilində də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi […]

Azərbaycandan xarici ölkələrə xurma ixracı kəskin azalıb. Bunu AzFood-a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyb. O bildirib ki, Azərbaycan istehsalı olan xurmaların əsas satış bazarı Rusiya və Ukraynadır: “Hazırda isə həmin ölkələrdə alıcılıq qabiliyyəti kəskin azalıb. Məhsullarımız satılmır. Ölkədə anbarlarımız xurma ilə tam doludur. Demək olar […]

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun […]

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün […]

İmişlidə baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 7 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, İmişlidə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə […]

İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Gəlirli sahə olduğundan arıçılıqla məşğul olan fermerlərin də sayı get-gedə çoxalır. AzFood AZƏRTAC-a istinadən bildirir ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına […]