Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının artırılaraq 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bu günədək 293 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirilib və hazırda proses davam etdirilir. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Qurum rəsmisi […]

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 1-dək 958 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 85 hektarı kartof, 28,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 842,5 hektarı təzə yonca, 2 hektarı noxud […]

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə […]

Döymək – uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar. Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə […]

Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Ordumuzun və Azərbaycan xalqının birliyi ilə 30 il düşmən əsarəti altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifəsi hesab edilir. Bundan sonra müqəddəs Qarabağımızın inkişafı sözsüz ki, hər birimizdən asılıdır. Düşnülmüş şəkildə həyata keçirən bütün işlər nəticəsində azad olunan torpaqlarımız Azərbaycan iqtisadiyyatında […]

Azərbaycanın su hövzələrində balıqların tükənməsinin və yoxa çıxmasının əsas səbəbi insan amilidir. Bunu açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib. Onun sözlərinə görə, bu gün ölkənin əksər çaylarında, su kanallarında, göllərində brakonyerlik yolu ilə sintetik torlar qurulur, balıqların populyasiyasına imkan verilmir: “Azərbaycanda balıqların populyasiyasını amansızcasına kəsirlər, bu haqda bir […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirib. AQTA-dan AzFood- a verilən məlumata görə, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli […]

Masallı rayonunun təsərrüfatlarında bu ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, məhsul istehsalçıları indiyədək rayonda 705,5 hektarda kartof, 122,5 hektarda paxla, 239 hektarda tərəvəz bitkiləri, o cümlədən […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak Pub” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. AQTA-dan AzFood-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan AzFood-a agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Kosalar kəndində yerləşən, fiziki şəxs Əliyeva Pərvanə Məmmədəli qızına məxsus marketdə yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı məhsullar aşkarlanıb. Aşkarlanan […]