Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. AQTA-dan Azfood.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus […]

Azfood.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı “Uşaqların sağlam qidalanması necə təmin olmalıdır?” adlı maarifləndirici yazını təqdim edir. Məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. Normal yuxu və balanslaşdırılmış […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Xırdalan şəhəri, Göygöl, Abşeron, və Zərdab rayonlarında həyata keçirilib. Bu barədə Azfood.az-a AQTA-dan məlumat verilib. Reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli İcra Hakimiyyətinin və […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Qətər Dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib. Agentliyin sədr müavini Balarəhim Quliyev Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaieyin ilə görüşüb. Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi […]

Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir.   Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib. Konqresin keçirilməsində əsas […]

Balqabaq tumaları həm dadlı, həm də müalicəvi məhsuldur. Qida mütəxəssisləri hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edirlər. Bununla siz özünüzü bir çox xəstəliklərdən qoruya bilərsiniz. Artrit zamanı kömək edir Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan balqabaq tumları artrit zamanı ağrıları və həmçinin bu xəstəliyin inkişafı riskini də […]