Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq. Bu barədə AzFood-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər. Birinci halda […]

Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzFood-a verilən məlumata görə, Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb. Gəncə […]

2020-ci ildə 100,3 min hektar sahədə pambıq, 11 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dənlilərin və dənli paxlalı bitkilərin tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Ötən il istehsal olunmuş […]

İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib. AzFood xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək. Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı […]

2020-ci ildə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 591,1 min ton olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində süd istehsalı 1,9 faiz artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 1 milyard 906,2 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 16,1 min ton təşkil edib. […]

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 037,6 min ton kartof istehsal olunub. Dövlət Statistika Komitəsindən AzFood-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artıb. Hesabat dövründə ölkədə 57 hektar sahədə kartof əkilib ki, bu da təxminən 2019-cu ilin göstəricisinə (56,9 hektar) bərabərdir. Xatırladaq ki, ötən ilin yanvar-noyabr […]

Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. AzFood bildirir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib. Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait var. AzFood bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. F.Qaraşov bildirib ki, Assosiasiya həmin ərazilərdə fəaliyyətə başlamaq niyyətindədir: “Bu ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox […]

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün […]