Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb. Bu barədə AzFood-a Aqrar Sığorta Fondundan məlumat verib. Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, […]

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq. AzFood-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb. Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək. Xatırladaq ki, Məcəlləyə dəyişiklik layihəsi […]

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində tarla şəraitində təlim keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələrinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə olunub. Tərtər Regional […]

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin edilməsi, o cümlədən aqrar sektorda üzümçülüyün dinamik inkişafı ölkənin əsas prioritetlərindən hesab olunur. Bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizin üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran mühüm sənədlərdir. Respublikamızda üzümçülük zəngin inkişaf yolu keçib. […]

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq aqrar sığorta kalkulyatoru istifadəyə verilib. Aqrar Sığorta Fondunun məlumatına görə, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi istənilən bitki üzrə […]

İsmayıllı rayonunda ciddi hazırlıqdan sonra kartof əkininə başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 480 hektar sahədə kartof əkiləcəyi proqnozlaşdırılır. Artıq bütün ərazilərdə dondurma şumu çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub. Yanvar ayında havaların soyuq keçməsi əkini ləngitsə də, […]

2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb. Hesabat dövründə gürcü fındığını əsasən Almaniya, İtaliya, Çexiya və […]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Allahverdiyev Azad Səxavət oğlunun ailəsini (Füzuli rayonu) ziyarət edib, sosial vəziyyətini öyrəniblər. Nazirlikdən AzFood-a verilən məlumata görə, Azad özü hazırda müddətdən artıq hərbi xidmətçi kimi çalışır. Anası da daimi əmək müqaviləsi əsasında işləyir, qardaşı isə məktəblidir. Qazinin […]

“Naxçıvan Aqroservis” ASC-nin 2021-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması təsdiq edilib. AzFood xəbər verir ki, bununla bağlı muxtar respublikanın baş naziri Səbuhi Məmmədov qərar imzalayıb. “Naxçıvan Aqroservis” ASC-nin bu il yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması aşağıdakı kimidir: S/№ Xidmətin adı Ölçü vahidi Yanacaq sərfi […]

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil […]