Bu ilin yanvar ayında Azərbaycandan 17 874,7 min ABŞ dolları dəyərində pambıq ixrac olunub. AzFood-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 29% artıb. Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,1%-ə bərabər olub. Hesabat dövründə ölkədən […]

Bu ilin yanvar ayında Azərbaycan 794 min ABŞ dolları dəyərində 548 ton süd idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 159 min ABŞ dolları (16 %) və 26 min ton (4,5 %) azdır. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1 %-ni təşkil edib.

Bu ilin yanvar ayında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 711 ton çay idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon ABŞ dolları (51,9 %) və 626 ton (46,8 %) azdır. Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,72 %-ni təşkil edib.

Bu ilin yanvar ayında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 4,9 min ton düyü idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 mln ABŞ dolları (97,8 %) və 1,9 min ton (64,7 %) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ni təşkil edib.

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Rayonda bu sahənin inkişafına hərtərəfli qayğı göstərildiyindən məhsul istehsalı ilbəil artır. Taxılçılar ötən illərdə olduğu kimi, cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün məhsuldarlığın artırılmasında əsas amil olan becərmə işlərinə xüsusi diqqət yetirirlər. Artıq 10 min 695 hektar sahədə suvarma işləri aparılıb […]

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. AzFood xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu il mayın 1-nə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk […]

Bu günlərdə Rusiya internet nəşrlərindən biri Xabarovsk şəhərinin  ticarət şəbəkələrindən birində “görünməmiş dərəcədə bahalı” Azərbaycan kartofuna rast gəldiklərini yazırdı. Kartof doğrudan da bahalı idi- Rusiya pulu ilə 280 rubla və ya Azərbaycan pulu ilə 6 manat 20 qəpiyə. Amma söhbət Rusiyanın uzaq şərqindən, qarlı-şaxtalı Xabarovskdan gedir, üstəlik ora gedib çıxan […]

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır. Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 32 min 516 baş iribuynuzlu heyvan, 121 min 570 baş qoyun-keçi olub. 2020-ci ildə təsərrüfatlarda 19 min 365 sentner ət, 151 […]

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 19-21-də Bakı və Abşeron ərazisində üç fərqli yerdə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək. Yarmarkanın təşkilində […]

Zərdab rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni salınan tut bağlarının ikinci suvarılmasına başlanılıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ötən ilin payızında 28 icra nümayəndəliyi üzrə 51,9 hektarda yeni tut bağları salınıb. Hər yerdə təzə əkilən tinglərin dibi yenidən doldurularaq suvarılır. Qeyd edək ki, baramaçılıq bölgədə […]