Bakıda meyvə milçəyi yayılıb?

Bakıda meyvə milçəyi yayılıb?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində aparılan fitosanitar müşahidələr zamanı Bakı ətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi (Ceratitis Capitata Wiedermam, 1824) aşkar edilib.

Bu barədə Azfood-a AQTA-dan məlumat verilib.

Zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə Agentlik əməkdaşları tərəfindən müşahidələrə başlanılıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstititutunun müvafiq laboratoriyaların göndərilib, nümunələrdə zərərli orqanizmin özünə və ya izlərinə rast gəlinməyib.

Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Agentlik tərəfindən Abşeron rayonu, Bakı və Bakı ətrafı ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlanılıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.

Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində -Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanstan, Almaniya, İsveç, Avstriya, Belçika. Niderland və s. daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.

AzFood

Next Post

Pomidor şirəsi möcüzələri

Şb İyl 13 , 2019
Radiasiya təhlükəli işlərdə çalışanlara, ofis işçilərinə və müəyyən peşələrdə çalışanlara hər gün 1 stəkan tomat şirəsi içmələri lazımdı. Avropada marketlərdə ən çox satılan şirə elə pomidor şirəsidir. Alimlər bildirir ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar hər gün bir stəkan təzə pomidor şirəsi içməlidir. Pomidor şirəsinin faydalarını təqdim edirik: Pomidoru sağlamlıq […]