“MKT-İK” MMC pambıq qəbuluna başlayıb

Zərdab rayonunda pambıq yığımına başlanılıb və artıq “MKT-İK” MMC-nin rayon filialı 6,6 tondan çox “ağ qızıl” qəbul edib.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə Zərdab rayonu üzrə “MKT İK” MMC ilə 342 istehsalçı arasında 1014 hektar üçün, “P-Aqro” MMC ilə 147 istehsalçı arasında 1250 hektar üçün müqavilə bağlanıb. Rayon üzrə 2264 hektar sahədə pambıq becərilib. Yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişib.

Pambıq yığımına kifayət qədər texnika, 2000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Daha çox pambıq əkilən Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseynli və digər ərazi dairələrində məhsul yığımına ciddi hazırlıqla başlanılıb. “Ağ qızıl”ın yarıdan çoxu pambıqyığan maşınlarla toplanacaq.

AzFood

Next Post

Lənkəranda sitrus bağlarına baxış keçirilib

Ç Avq 28 , 2019