Şəkidə yazlıq bitkilər əkilib

Şəkidə yazlıq bitkilər əkilib

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əsasən fəaliyyətinə icazə verilmiş həyati əhəmiyyət daşıyan sahələrdən biri də kənd təsərrüfatıdır. Yaz əkin-səpin mövsümünün gəlişi ilə əlaqədar fermerlər üçün məsul dövr başlanıb. Hazırda respublikanın hər yerində olduğu kimi, Şəki rayonunun təsərrüfatlarında da yaz-tarla işlərinə start verilib. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1430 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 hektar çoxdur.

AzFood.az xəbər verir ki, Şəki Şəhər Statistika İdarəsindən verilən məlumata görə, məhsul istehsalçıları indiyədək 625 hektar sahədə kartof, 525 hektarda tərəvəz bitkiləri əkib, 240 hektara çoxillik və 40 hektara birillik yonca toxumu səpiblər. Yaxın günlərdə istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.

Nurlan

Next Post

İmişlidə son illər istixana şəraitində yetişdirilən bitkilərin əkininə maraq artıb

Ça Apr 7 , 2020
İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər. AzFood.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, xeyli […]
İmişlidə son illər istixana şəraitində yetişdirilən bitkilərin əkininə maraq artıb