Sədərək rayonunda yeni üzüm bağı salınıb

Sədərək rayonunda yeni üzüm bağı salınıb

Muxtar respublikanın Sədərək rayonunda “Dəhnə” adlanan ərazidə 2 hektar sahədə yeni üzüm tingləri əkilib.

AzFood.az xəbər verir ki, yeni bağda xüsusən xəlili, hüseyni, ağ, qırmızı, sarı və qara kişmişi kimi üzüm növləri əkilib.

Son dövrlər Sədərək rayonunda üzümçülük ənənələrini bərpa etmək məqsədilə uğurlu addımlar atılıb. Rayonda süfrə üzümünün əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalı dəstəklənib. Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərini daha da artıracaq.

Nurlan

Next Post

Şəkidə yazlıq bitkilər əkilib

Ça Apr 7 , 2020
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əsasən fəaliyyətinə icazə verilmiş həyati əhəmiyyət daşıyan sahələrdən biri də kənd təsərrüfatıdır. Yaz əkin-səpin mövsümünün gəlişi ilə əlaqədar fermerlər üçün məsul dövr başlanıb. Hazırda respublikanın hər yerində olduğu kimi, Şəki rayonunun təsərrüfatlarında da yaz-tarla […]
Şəkidə yazlıq bitkilər əkilib