Şamaxıda Birinci Şərab və Üzümçülük Festivalı keçiriləcək

Bu həftəsonu – avqustun 30-31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxıda Birinci Şərab və Üzümçülük Festivalı keçiriləcək.

Azfood.az xəbər verir ki, festival çərçivəsində qonaqlara müxtəlif cür şərab növləri təqdim olunacaq. “Bir çox növlərin arasında ürəyinizə yatan şərabı seçmək çətin olsa da, nəticədə könlünüzə yatan şərabı tapıb, onun vurğunu olacağınıza əminik!”, – təşkilatçılar bildirir.

Giriş pulsuzdur. Sadəcə festivalın rəsmi winefest.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır.
Festival iştirakçılarının Şamaxı şəhərinə yola düşməsini rahatlaşdırmaq məqsədi ilə Heydər Əliyev Mərkəzinin qarşısından pulsuz avtobuslar işləyəcək.

Avtobusların Şamaxıya gediş vaxtları:
30 avqust, saat 13:30
31 avqust, saat 09:30
31 avqust, saat 13:30

Avtobusların Bakıya dönmə vaxtları:
30 avqust, saat 23:00
31 avqust, saat 23:00

Festivalın proqramı

10:00- 13:00 Azərbaycanda şərab istehsalının inkişafına dair dəyirmi masa
14:00- 16:00 Şərab istehsalçılarının və somelyelərin master-klasları
16:00 Gəliş və qeydiyyat
16:10 Milli zonada master-klasların başlanması
16:15 Uşaq əyləncə zonasında master-klasların başlanması
17:00 Somelye tərəfindən master-klas
18:00 Festivalın açılışı
18:10 Şərab sərgisinin açılışı – dequstasiyanın başlanması
18:45 Şərabçıların paradı
19:00 Konsert proqramı
19:50 Göldə füsunkar nümayiş – beynəlxalq zona
20:20 Poetik seminar
21:00 Diskoteka
21:30 Şamaxı rəsədxanasına ekskursiya (seçim əsasında)
22:00 Açıq havada bədii filmin nümayişi
00:00 Tədbirin başa çatması

31.08.2019
09:00-10:00 Açıq havada keçirilən yoqa,
streçinq və şərq döyüşləri üzrə məşqlər
11:00- 16:00 Şamaxı – İsmayıllı – Lahıc turu və dequstasiya
14:00 Şərabçıların və somelyelərin master-klaslarının başlanması
16:00 Gəliş və qeydiyyat
16:10 Milli zonada master-klasların başlanması
16:15 Uşaq əyləncə zonasında master-klasların başlanması
17:00 Somelye tərəfindən master-klas
18:00 Xalçaçılıq üzrə seminar
18:00 Dequstasiyanın başlanması
18:45 Şərabçıların paradı
19:00- 20:30 Konsert proqramı
20:30 Göldə füsunkar nümayiş – beynəlxalq zona
21:00 Açıq havada bədii filmin nümayişi
21:00 Şamaxı rəsədxanasına ekskursiya (seçim əsasında)
00:00 Tədbirin başa çatması.

AzFood

Next Post

“Azersun” jurnalistlər üçün media-tur təşkil edib

Ça Avq 27 , 2019