Stressi yox etməyin üsulları

Stressi yox etməyin üsulları

Stress sağlamlığımız üçün ən ziyanlı amillərdən biridir. Bu səbəbdən stresslə mütləq mübarizə aparmaq lazımdır. İş, dərs, şəxsi münasibətlərdə gərginlik, planlarımız istədiyimiz kimi getməməsi bizdə stressin yaranmasına səbəb olur.

Bəs hazırki vəziyyətdə stressimizi necə idarə edə bilərik? Hansı sadə üsullar stressi başlağıc mərhələsində söndürə bilər? AzFood.az  stressi yox etməyin üsullarını təqdim edir:

1. Xoşladığınız musiqiyə qulaq asın. Bu rəqs müsiqisi, rok və ya əksinə klassik, həzin musiqi ola bilər. Aparılmış araşdırmalar sübut edib ki, musiqi stressin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşdırılmasına kömək edir.

2. Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stressin azalmasına kömək edir.

3. Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri sabit nəfəs alır. Bu da həyəcanı, qorxunu, stressi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın və asta nəfəs verin. Döş qəfəsinin hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.

4. Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edirlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stressin azalmasını hiss edirlər. Idman etmək stressin yaranmasına qarşı ən güclü  silahlardandır.

5. Saqqız çeynəyin. Alimlər sübut edirlər ki, çeynəmə hərəkətləri stressin azalmasına kömək edir.

Unutmayaq ki, stressdən uzaq olmaqla eyni zamanda sağlamlığımızı qorumuş olarıq.

Vüsalə Aslan

Next Post

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib

Şb Apr 4 , 2020
Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı təqdim olunmuşdur. Naxçıvan Dövlət Universitetində bu münasibətlə tədbir keçirilmişdir. AzFood  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi […]
Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib