Evdə karantində olanlara MƏSLƏHƏTLƏR – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasına görə evdə qalan insanlar üçün tövsiyələr yayıb.

AzFood  xarici KİV-ə istinadla bildirir ki, mütəxəssislər bir yerdə yarım saatdan çox oturmamağa və daha çox hərəkətdə olmağa çağırırlar. Bunun üçün otaq boyunca yerimək, yaxud yerinizdə yürüş – məsələn, telefon danışığı zamanı edə bilərsiniz.

Küçədə isə insanlardan ən azı 1 metr məsafə saxlamağınız məsləhət görülür. Eyni zamanda, gün ərzində kiçik məşqlər etmək, uşaqlarla rəqs etmək və təmizliklə məşğul olmaq da tövsiyə olunur. Oturaq vəziyyətdə az işləmək üçün yüksək ayaqları və ya digər cihazları olan bir masa götürün.

AzFood

Next Post

Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti məlumatı açıqlanıb

C Mar 27 , 2020
Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti məlumatı açıqlanıb. Operativ Məlumat Mərkəzi xəbər verir ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin […]