Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təlim keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ISO 22000:2018 standartı üzrə məlumatlandırma təlimi keçirəcək.

Azfood.az xəbər verir ki, təlim aşağıdakı mövzuları əhatə edəcək:
– ISO 22000:2018 standartı və əsas tələblərinin icmalı;
– Standartın strukturuna edilən dəyişikliklər (ISO 22000:2005 ilə olan fərqi);
– Qida məhsullarının təhlükəsiz idarəetmə sisteminin tətbiqi sahəsinin müəyyən edilməsi;
– Qida məhsullarının təhlükəsiz idarəetmə sisteminə olan tələblər;
– ISO 22000:2018 standartının risklərin idarə olunmasına yanaşma metodu;
– Qida məhsullarının təhlükəsiz idarəetmə sistemi sahəsində məqsədlər və onlara nail olmanın planlaşdırılması;
– Monitorinq-yoxlama (verifikasiya/validasiya) prosedurları və s.
Təlimdə istehsalın istənilən mərhələsində məhsulun (xidmətin) keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, daxili auditorlar, keyfiyyətə nəzarət üzrə struktur bölmənin əməkdaşları, qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən şəxslər iştirak edə bilərlər.
Təlim ödənişli əsaslarla keçiriləcək.
Təlimin sonunda iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sertifikatları təqdim olunacaq.

Əlaqələndirici: Sahibkarlarla əməkdaşlıq şöbəsi, Təlim sektoru
Əlaqə telefonu: +994 12 565 12 72, 012 565 12 82 (563, 558)

AzFood

Next Post

Tarlalar yavaş-yavaş ağ örpəyə bürünür

Şb Avq 24 , 2019