Azərbaycanda yeni Mərkəz yaradılacaq

Yaxın zamanda Əqli Mülkiyyət Agentliyi nəzdində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq.

Agentlikdən AzFood-a verilən məlumata görə, bunu qurumun İdarə Heyətinin sədri Kamran İmanov “Boston Consulting Group” şirkətinin direktoru Eduard Çerkinlə görüşü zamanı deyib.

Məlumatda bildirilir ki, görüşdə innovasiyaların yaradılması, tətbiqi və onların gəlir gətirməsi ilə bağlı Agentlik tərəfindən aparılan tədqiqatın nəticələri barəsində ətraflı məlumat verilib, Agentliyin əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiyalara dəstək sahəsində nəşr etdirdiyi kitablar və maarifləndirmə materialları E. Çerkinlə təqdim edilib.

AzFood

Next Post

Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları

Ça Mar 10 , 2020
Zərərli vərdişlərdən olan siqaret çəkməkdən imtina zamanı orqanizmi tütünün təsirlərindən təmizləmək və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müəyyən müalicə prosedurları tətbiq edilir. Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, […]