“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin inkişafı istiqamətində dövlət qurumları ilə yanaşı, ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.

AzFood xəbər verir ki, KOBİA və “ADA” Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Sənədə əsasən, KOBİA və “ADA” Universiteti gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin tədris-innovasiya infrastrukturundan kiçik və orta biznesin (KOB) faydalanması, bu ali təhsil müəssisəsində aparılan tədqiqat işlərindən KOB-larda istifadə, innovativ sahibkarlığın təşviqi üçün KOB-ların və startapların universitetlə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, KOB-un tələbatına uyğun ixtisaslar üzrə müasir təhsil proqramları, dərsliklər və metodiki vəsaitlərin hazırlanması, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.

AzFood

Next Post

Bu göyərti təzyiqi salır – SINAYIN

Ça Yan 21 , 2020
Səbzələrdə olan falavonoid kversetin yüksək təzyiqi salmağa qadirdir. AzFood xəbər verir ki, Çin Tibb Universitetinin bir qrup alimi yeni elmi tədqiqatın nəticəsi olaraq sübut ediblər ki, göyərtilərdən ispanaq təzyiqi sala bilir. Belə ki, təcrübə zamanı 900 nəfər xəstəyə kversetinlə zəngin bu bitki tərkibli qidalar verilib: alma, üzüm, qarağat, kələm, pomidor, […]