Qida şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları “Foodcity Global-Gida” MMC-nin cərimələnməsi barədə protokol tərtib edib.

Azfood.az-ın  xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hazırda işə Binəqədi Rayon Məhkəməsində baxılır.

AzFood

Next Post

AQTA Qurban bayramı ilə bağlı videoçarx yayıb

Ça İyl 30 , 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələri barədə maarifləndirici videoçarx yayıb.