Türkiyədə çox məşhur olan Nar çayı təzə, sütül narın qabığı və iç pərdəsindən hazırlanır.
AzFood nar qabıqlarını atmayıb, möcüzə çay hazırlamağı təklif edir.
Bu çayın faydaları:
– orqanizmi zərərli radionuklidlər, toksin və metallardan təmizləyir
– Metobolizmi sürətləndirir
– hemoqlobini qaldırır
– Bağırsaqları normallaşdırır, diareyanı kəsir
– İmmuniteti infeksiya, viruslara qarşı dözümlü edir
– Xərçəngin, müxtəlif şişlərin profilaktikası məqsədilə təsirlidir
– Ürək əzələsini və damarları möhkəmlədir, qanın axıcılığını normallaşdırır
– Təzyiqi düzəldir
– Sinirləri sakitləşdirir, yuxunu yaxşılaşdırır
Tərkibində B qrup vitaminləri, C, PP, kalsium, alma, bor, kəhrəba turşusu, lizin, aminturşuları, fosfor, xrom vardır.
Ailəliklə həftədə tez-tez, müntəzəm nar qabıqlarından çay için
Adi qaydada çaydanda və ya termosda qaynar suda dəmlənir. Gündə 1-2 dəfə içilir
7 yaşına kimi uşaqlara olmaz