Yumurtanı belə yemək olmaz! - Mütəxəssislər - Azfood
 

Yumurtanı belə yemək olmaz! – Mütəxəssislər

İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.

AzFood xəbər verir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.

Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var. Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.

İkinci zərər isə brlə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.

Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.

Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.

 

Nurlan

AzFood

Next Post

Xalis balı necə ayırd etmək olar? – QAYDA

Ca Yan 2 , 2020
Qışda soyuqdəymədən qorunmağın ən dadlı vasitələrindən biri də baldır. Lakin bizi çox vaxt bir problem narahat edir. Görəsən aldığım bal xalisdirmi? AzFood xalis balı ayırd etməyin üsullarını təqdim edir. Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklikotu balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən […]