AQTA Şəkidə şirniyyat sexini bağladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AzFood xəbər verir ki, Agentliyin əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, orqanoleptik baxış zamanı müəssisədə çürümüş, qaralmış, üyüdülmüş və yarı qırılmış istehlaka yararsız fındıq ləpəsi aşkar edilib. Bundan başqa xammal kimi istifadə olunan düyü unu, şəkər tozu, ləpə və sair məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı məlum olub.

Yoxlama zamanı müəyyən edilib ki, sexdə istehsal texnoloji prosesə uyğun aparılmır. Belə ki, xammal və köməkçi materiallar, hazır məhsulların saxlanması, istehsal prosesi eyni bölmədə həyata keçirilir. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

 

Nurlan

Nurlan

Next Post

AQTA-nın elan etdiyi tenderdə kim qalib gəlib?

Ç Dek 25 , 2019
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, dəftərxana mallarının satın alınması məqsədilə 14 oktyabr 2019-cu il tarixində elektron qaydada elan edilmiş açıq tenderin nəticələrinə əsasən “İnci Group of Companies” QSC qalib olmuş və həmin təşkilatla 42,251.37 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.   Nurlan