Soyuqdəymə zamanı bu qidalardan uzaq durun – Orqanizmdə HİSTAMİNİ artırır

Xəstəliyin qarşısını almaq üçün yeməli olduğumuz qidalarla çoxlarımız tanışıq . Ancaq soyuqdəymə zamanı hansı qidalardan çəkinəcəyimizi bilmirik. Türkiyəli diyetoloq Aslıhan Altuntaş, soyuqda hansı qidalardan qaçmaq lazım olduğunu sadalayıb.
 
Onun sözlərinə görə soyuqdəymə zamanı histamin artıran qidalardan uzaq durmaq lazımdır. Histamin orqanizmdə müxtəlik allergik reaksiyalar yaradan maddədir. Histamin dəridə ortaya çıxdıqda qaşıntı, ağciyərlərdə ortaya çıxdıqda bronx daralması, bütün bədəndə ortaya çıxdıqda allergiya şoku (anofilaktik şok) yarada bilər.
 
Köhnə pendir
Belə pendir histamin artıran qidalardan biridir. Xəstəliklərin qarşısını almaq üçün histamin artıran qidalardan qaçmaq lazımdır. Köhnə pendirlər yüksək dərəcədə histamin tərkibinə malikdir. Yeni və pasterizə edilmiş pendirlərə üstünlük vermək lazımdır.

Şokolad
Histamin ifrazını artıran qidalardan biri də şokoladdır. Tərkibindəki şəkər səbəbiylə allergiya və soyuqdəymə hallarında xüsusilə uzaq durmaq lazımdır.

Yaşıl çay
Yaşıl çay faydalı hesab edilsə də, soyuqdəymə zamanı tərkibinə görə qəbulu məsləhət görülmür. Bunun əvəzində siz çobanyastığı, nanə cövhəri, itburnu kimi bitkilərin dəmlənməsini içə bilərsiniz.
Medicina.az 

Nərminə Əli

Next Post

Yuxusuzluğa səbəb olan qidalar

Ca Dek 24 , 2020
Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən kollecin həkim və cərrahlarının apardıqları təhqiqat nəticəsində məlum olub ki, təmizlənmiş (qənd halına salınmış) karbohidratlar yuxusuzluğa səbəb ola bilər. “Nation News” məlumat verir ki, təhqiqat çərçivəsində mütəxəssislər postmenopauza dövründə olan 50 mindən çox qadının qida rasionunu araşdırıblar. Elmi araşdırmaların nəticələrinə əsasən, şəkər, ağ çörək və […]