Antisanitar şəraitdə toyuq emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AzFood-a verilən məlumata əsasən Agentliyin əməkdaşları Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər. Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Nurlan

Nurlan

Next Post

AQTA əməkdaşları Zaqatalada fermerlərlə maarifləndirici görüş keçirib

Ca Dek 12 , 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlarla mütəmadi maarifləndirmə tədbrilərini davam etdirir. AzFood xəbər verir ki, agentliyin əməkdaşları Zaqatala rayonunda insan sağlamlığının, ətraf mühitin, flora və faunanın qorunması üçün inteqrir mübarizə tədbirləri, onun mahiyyəti və vacibliyi ilə bağlı fermerlərlə maarifləndirici görüş keçiriblər. Diqqətə çatdırılıb ki, əsas məqsəd zərərli orqanizmin miqdarını […]