“Könüllü Gömrükçü”lər üçün imza günü keçirilib

Məlum olduğu kimi ölkəmizdə, 1-9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” təşkil edilir. Bu həftəyə ölkənin bütün könüllü hərəkatının nümayəndələri qoşulub.

Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək “Könüllülük Həftəsi” çərçivəsində bir sıra tədbirlər təşkil edilir.
Bu tədbirlər sırasında, “Könüllü Gömrükçü”lər tərəfindən təşkil edilən silsilə tədbirlərin də mühüm rolu var.

AzFood-a verilən məlumata görə “Könüllülük Həftəsi”  çərçivəsində, 7 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyində “Könüllü Gömrükçü”lərlə görüş keçirilmişdir. Görüşdə, işgüzar inkişaf yazarı Nadir Adilovun müəllifi olduğu və gənclərin işgüzar inkişafı məqsədi ilə yazılmış, “Məqsədlisən?!” kitabları, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) üzvü Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən “Könüllü Gömrükçü”lərə hədiyyə edilmişdir.

Tədbirdə kitabın müəllifi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə heyətinin sədr müavini Nadir Adilov, Agentlik yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış edərək, Agentliyin fəaliyyəti, ictimai iştirakçılıq, könüllülük fəaliyyətinin gənclərin işgüzar inkişafında oynadığı roldan danışıblar.

Çıxışçılar eyni zamanda, idxal – ixrac əməliyyatları və gömrük rəsmiləşdirmələri zamanı ixtisaslaşmış biznes Assosiasiyalarının və ixracatçıların fəaliyyəti barədə də “Könüllü Gömrükçü”lərə məlumat veriblər. Görüş qarşılıqlı sual – cavab əsasında keçməklə yanaşı, hədiyyə edilən kitablar müəllif tərəfindən könüllülər üçün imzalanıb.

 

 

Nurlan

 

Nurlan

Next Post

Qida məhsullarının etiketləri haqqında nə bilirik?

Be Dek 9 , 2019
Müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar, ortaya çıxan yeni qida komponentləri istehlak etdiyimiz qida məhsullarının tərkibi barədə bir sıra suallar meydana çıxarır. Elə bu səbəbdən qida məhsullarının etiketini diqqətlə oxuyaraq istehlak etmək tövsiyə olunur. AzFood Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, günümüzdə rastlaşdığımız məqamlardan biri də istehlakçıların […]