Qida şirkəti yeni vakansiya elan edib

AzFood xəbər verir ki, “Azersun Holdinq” texniki mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi məlumatlar

• Texniki universitet məzunu (Mexanika, Qida mühəndisi, Maşın mühəndisliyi ixtisasları)
• İstehsalat sahəsində (texniki sahədə) 3-5 il iş təcrübəsi
• İngilis dili, Rus dili yüksək səviyyədə bilməli
• Texnoloji proseslərin aparılması qaydasını bilməli
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
• Texniki təhlükəsizlik qaydalarını bilməli

İş haqqında məlumat

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.

İş şərtləri

9 saatlıq iş rejimi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.12.2019-cu il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki Mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

AzFood

Next Post

İnam Kərimov Astarada vətəndaşları qəbul edib

C Noy 29 , 2019