Mexanizatorlara yeni sürücülük vəsiqələri verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Füzuli rayonun Zobucuq-5 qəsəbəsi və ətraf kəndlərdə kənd təsərrüfatı texnikalarına baxış, texnikaların qeydiyyata alınması, yeni sürücülük vəsiqələrinin, dublikat sənədlərinin verilməsi və dəyişdirilməsi məqsədilə hüququ və fiziki şəxslərə səyyar xidmət göstərib.

Tədbirdə Füzuli rayonun qəsəbə və sərhəd kəndlərində 80-dən artıq hüquqi və fiziki şəxslər tərəfindən müraciətlərə baxılıb, 50-dən çox mexanizatora sürücülük vəsiqələri təqdim olunub, 20-dən artıq texnika qeydiyyata alınıb, 25 texnika baxışdan keçirilib.

Həmçinin, tədbir çərçivəsində iştirakçılar qəsəbə orta məktəbin həyətyanı sahəsində Eldar şamı, sərv və meyvə ağacları əkiblər.

Qeyd edək ki, AXA-nın səyyar qrupu digər bölgələrdə də bu istiqamətdə tədbirləri davam etdirəcək.

AzFood

Next Post

Vergi öhdəliyi digər şəxsin üzərinə qoyula bilməz

Şb Noy 23 , 2019