“Hell”in Azərbaycandakı distributoru cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Coast Castle” MMC-ni 129 024manat cərimələyib.

Azfood.az-ın məlumatına görə, bu barədə “Report” xəbər yayıb.

Məlumata görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.

AzFood

Next Post

Qarğıdalını kərə yağı ilə yeyin

C İyl 19 , 2019
  Qarğıdalının faydaları saymaqla bitmir. Vitamin və minerallarla zəngin olan qarğıdalı bir çox xəstəliklər və pozulmalar zamanı faydalı sayılır. Mütəxəssislər qarğıdalını kərə yağı ilə yeməyi tövsiyə edirlər. Bu halda qarğıdalının tərkibində olan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Həmçinin kərə yağı ilə qarğıdalı qəbizlik, qaraciyər xəstəlikləri, ürək və damar xəstəlikləri […]