Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Məlumatına görə, Agentlik müfəttişlərinin yeri icra orqanlarının əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Tərtər rayonunda qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Bu istiqamətdə reydlər davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

AzFood