Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Dəmirov Elnur Qardaşxan oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkara qanunvericiliyin tələbləri izah olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

 

 

Səma Fərzəli

Next Post

Uşaqlar üçün düzgün qidalanma nəcə olmalıdır?

Şb İyn 12 , 2021
Qidalanma sistemi bütün enerji xərclərini ödəyə biləcəyi şəkildə təşkil edilməlidir. Uşaq bağçasına və məktəbə baş çəkərkən, uşaqlar artan zehni və fiziki stress yaşayırlar, buna görə yedikləri yemək mümkün qədər təbii və keyfiyyətli olmalıdır. Uşaqlıqdakı bədənin vəziyyətinin təhlili və proqnozlaşdırılması onun məktəbəqədər uşaqların menyusunun rasional hazırlanmasının əsaslarına uyğunluğundan birbaşa asılılığını göstərir. […]