AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 30 aprel 2021-ci il tarixində ölkə üzrə 453 ictimai iaşə obyektində 762 monitorinq keçirilib. Monitorinqlər zamanı 30 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu‎, Qüllə 22 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Tatell Baku” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu‎, Kiçik qala küçəsi, ev 88 ünvanında yerləşən, fiziki şəxs İbadov Emil Nazim oğluna məxsus “Qəbələ” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu‎, Kiçik qala küçəsi, ev 90 ünvanında yerləşən, hüquqi şəxs “Seaside Hostel” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Kasamasa” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu‎, Əcəmi Naxçıvani küçəsi, ev 26D ünvanında yerləşən, fiziki şəxs Abasov Orxan Elxan oğluna məxsus restoran;
5. Bakı şəhəri, Qaradağ rayonu‎, Ələt ŞTQ, Salyan döngəsi, ev 71 ünvanında yerləşən, fiziki şəxs Abuzərov Ceyhun Ağaverdi oğluna məxsus “Dana pub” kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu‎, Şərifzadə 174 ünvanında yerləşən, fiziki şəxs İlqar Kazımov Orucəli oğluna məxsus “Doneretto” dönər evi;
7. Bakı şəhəri, Yasamal rayonu‎, Azad Mirzəyev küçəsi, ev 583 ünvanında yerləşən, fiziki şəxs Elman Hümbətov Əkrəm oğluna məxsus “By Şirulla” restoranı;
8. Bakı şəhəri, Binəqədi rayonu‎, Xəndan küçəsi, ev 50E ünvanında yerləşən, fiziki şəxs İbrahim Zahir Ağababa oğluna məxsus “Kürə-Pizza” kafesi;
9. Bakı şəhəri, Yasamal rayonu‎, Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” kafesi;
10. Bakı şəhəri, Binəqədi rayonu‎, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yerləşən, fiziki şəxs Mənsimov Nurəli Əkbər oğluna məxsus kafe”
11. Bakı şəhəri, Binəqədi rayonu‎, Novxanı kəndi 5 və 5a ünvanında yerləşən, fiziki şəxs Əliyev Aynur Rəşid oğluna məxsus kafe;
12. Bakı şəhəri, Binəqədi rayonu‎, Novxanı qəsəbəsində yerləşən, fiziki şəxs Əlibəyli İlham Həsən oğluna məxsus kafe;
13. Bakı şəhəri, Sabunçu rayonu, Muxtar Fətəliyev küçəsi 29a‎ ünvanında yerləşən, fiziki şəxs Namazov Araz Almaz oğluna məxsus kafe;
14. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsində yerləşən, fiziki şəxs Babayev Sədail Sərdar oğluna məxsus “Bağ” kafesi;
15. Bakı şəhəri, Nəsimi rayonu‎, Nizami küçəsi, ev 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nəsimi rayonu‎, Dilarə Əliyeva küçəsi, ev 225, mənzil 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Teymura məxsus “Balık Ekmek” restoranı;
17. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq prospekti 22 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Eldəniz Məmməd oğluna məxsus “Bahar lahmacun” kafesi;
18. Bakı şəhəri, Xətai rayonu‎, Hadi küçəsi, ev 136A ünvanında yerləşən, fiziki şəxs Əsgərov Firuz Mahmud oğluna məxsus restoran;
19. Bakı şəhəri, Nərimanov rayonu‎, Ağa Neymətulla küçəsi, ev 45, mənzil 2 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Tağı Vaqif oğluna məxsus “Qədirxum” kafesi;
20. Bakı şəhəri, Nizami rayonu‎, Qarayev 65c ünvanında yerləşən, hüquqi şəxs “Başarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Antep Lahmacun” restoranı;
21. Bakı şəhəri, Nəsimi rayonu‎, Bülbül prospekti 42 ünvanında yerləşən, fiziki şəxs Səlimov Arif Qara oğluna məxsus “White Rabbit” kafesi;
22. Bakı şəhəri, Nizami rayonu‎, Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə mıxsus “Nanə” restoranı;
23. Bakı şəhəri, Nərimanov rayonu‎, Qədirbəyova küçəsi 63 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Elsevər Telman oğluna məxsus çay evi;
24. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 225, mənzil 25‎ ünvanında yerləşən, fiziki şəxs Halil Karipa məxsus dönər evi;
25. Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Nizami Bilal oğluna məxsus kafe;
26. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Xəyal Ehsan oğluna məxsus kafe;
27. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs İmişov Elnur Mehman oğluna məxsus çay evi;
28. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən, fiziki şəxs Mikayılova Ceyran Teyyub qızına məxsus “Karakoç” kafesi;
29. Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsi, Palma restoranının yanında yerləşən, fiziki şəxs Nəcəfov Saməddin Əhliyət oğluna məxsus dönər evi;
30. Bakı şəhəri, Nərimanov rayonu‎, Vurğun küçəsi 934, “Ambassador Hotel”in tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

 

Səma Fərzəli

Next Post

ABŞ Azərbaycanın taxıl idxalı ilə bağlı proqnozunu artırıb

C May 14 , 2021
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci il aqrar mövsümündə Azərbaycanın taxıl məhsulları üzrə gözlənilən idxalla bağlı proqnozunu artırıb. Azfood.az report.az-a istinadən xəbər verir ki, bu barədə Departamentin hazırladığı “Taxıl: Dünya bazarı və ticarəti” adlı hesabatın may sayında bildirilir. Departament Azərbaycanın taxıl idxalı ilə bağlı gözləntilərini əvvəlki proqnozla müqayisədə 250 min ton artıraraq 1,350 milyon tondan 1,6 […]