5 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 27 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qeyd olunan tarixdə 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 Rəsulov Fuad Nizami oğlu İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2 Musayev Kamran Elman oğlu İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
3 “Homemade Catering” MMC İctimai iaşə Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
4 Xəlilzadə Əvəz Novruz oğlu Pərakəndə satış Dövlət rüsumu haqqında  Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.
5 Quliyev Mədəd Malçı oğlu İctimai iaşə Dövlət rüsumu haqqında  Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

Səma Fərzəli

Next Post

Fermer: Pambıqçılıq ailəmizin ənənəvi təsərrüfat sahəsidir

Ca Apr 29 , 2021
Kürdəmir rayonunun Şilyan kəndindən olan Qaçay Əliyevə məxsus ailə-fermer təsərrüfatı çiyid səpinini optimal müddətdə, aqrotexniki tələblər səviyyəsində başa çatdırıb və artıq əkin aparılan sahələrdə tam, normal çıxış alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş nəfərdən ibarət bu zəhmətkeş ailə uzun illərdir pambıqçılıqla məşğul olur. Hər il 10-15 hektar sahədə pambıq […]