İmişlidə yazlıq bitkilərin əkininə başlanılıb

İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitki əkininə başlanılıb.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, rayon statistika idarəsinin rəisi Novruz Hüseynov bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2 min 510,4 hektar sahədə yazlıq bitki əkini aparıblar. Əkin aparılan sahənin 2 min 305,7 hektarını yonca, 88 hektarını kartof, 59,7 hektarını tərəvəz, 17 hektarının bostan bitkiləri, 40 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin 5 min 663,4 hektar sahəyə çiyid də səpiblər.

Qeyd edək ki, ötən il rayonda 7 min 923,4 hektar sahədə pambıq əkilib və 23 min 773,4 ton məhsul yığılıb.

Səma Fərzəli

Next Post

AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir

Ç Apr 28 , 2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində 27 aprel 2021-ci il tarixində ölkə üzrə 447 ictimai iaşə obyektində 752 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə […]