Xarı bülbülün əsl adı və növləri – Nazir müavini AÇIQLADI

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Xarı bülbül barədə danışıb.

Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Xarı bülbül çoxillik ot bitkisidir:

“Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var. Qafqaz quş səhləbi, arı quş səhləbi və mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül demək olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı”.

“Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur”, – deyə V.Kərimov əlavə edib.

Səma Fərzəli

Next Post

Azərbaycanda təbiəti qorumaq üçün yeni qurum yaradılacaq

Ç Apr 28 , 2021
“Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq”. Azfood.az fins.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Nazir müavini bildirib ki, bu qurum qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: […]