Tələbələrə in-vitro üsulu ilə bitki çoxaldılması texnologiyası öyrədilir

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri və universitetdə yeni fəaliyyətə başlayacaq Biotexnoloji mərkəzin işçiləri Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda təcrübə proqramına cəlb olunublar.

15 gün davam edəcək layihənin əsas məqsədi tələbələri institutun biotexnologiya laboratoriyasının iş prinsipi ilə yaxından tanış etmək, onlarda in-vitro üsulu ilə bitki çoxaldılması texnologiyası haqqında praktiki bilikləri formalaşdırmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricidən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

 

Səma Fərzəli

Next Post

Xarı bülbülün əsl adı və növləri - Nazir müavini AÇIQLADI

Ç Apr 28 , 2021
Azfood.az fins.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Xarı bülbül barədə danışıb. Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Xarı bülbül çoxillik ot bitkisidir: “Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var. Qafqaz quş səhləbi, […]