İsmayıllı rayonunda ilk dəfə şəkər çuğunduru əkilib

“İsmayıllı tərəvəzləri” MMC tərəfindən rayonda ilk dəfə 45 hektar sahədə şəkər çuğunduru əkilib.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, şəkər çuğunduru səpilən ərazidə pivot suvarma sistemi tətbiq edilib. Səpin zamanı taltos elit toxumundan istifadə olunub. İlk dəfə olduğu üçün hər hektardan minimum 70 ton məhsul götürülməsi gözlənilir. Pivot suvarma sistemi tətbiq edilən ərazidə cəmiyyət 45 hektar sahədə dən üçün qarğıdalı səpinini də davam etdirir.

Qeyd edək ki, cari ildə rayon ərazisində 3000 hektardan çox yazlıq bitkilərin əkini nəzərdə tutulub. İndiyədək 28000 hektardan çox yazlıq, o cümlədən 900 hektarda kartof, 650 hektarda dənli paxlalılar əkilib.

Səma Fərzəli

Next Post

İsrail şirkəti Zəngilanda böyük camış ferması tikəcək

Ça Apr 27 , 2021
İsrail şirkəti Zəngilanda camış ferması tikəcək. Azfood.az fins.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. İsrail şirkətinin əməkdaşı: İlk növbədə, Sizin qarşınızda dayanmaqdan, Sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. Bu imkana görə təşəkkür edirəm. Mən Sizi Qarabağ ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. Biz Sizin tərəfdaşınız […]