“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 22 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd olunan tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | “Rus-Azeri Spirits” MMC | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |