Badamın bilmədiyiniz FAYDALARI

Daha sağlam qidalanmaq istəyənlər, kilo vermək ya da idman edərkən bəslənməsini gücləndirmək istəyənlər, badamın faydalarını araşdırır. Çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlarınıza, yeməklərinizə əlavə edə bilərsiniz.
Bəs badamın faydaları nələrdir?
Azfood.az medicina.az-a istinadən badamın faydaları haqqında məlumat verir.
1. Antioksidan Deposu
Antioksidanlar vücudumuzu oksidatif stres və vücud hüceyrələrimizə zərər verə biləcək sərbəst radikallardan qoruyur. Badam zəngin antioksidan qaynağıdır və antioksidanların çoxu qəhvərəngli badamın qabığında olur.
2. Qan xolesterolunu yaxşılaşdırır
Badamdakı yağ doymamış yağdır. Bu cür yağlar LDL (pis) xolestrolu artırmaz.
3. Qan şəkərini normaya salar
Badam karbohidrat baxımından zəif, protein və lif baxımından isə zəngindir. Badamdakı maqnezium qan şəkərini nəzarət etməyə və insulin funksiyasını yaxşılaşdırar.
4. Kilo verməyə kömək edər
Yağ miqdarı nisbətən yüksək olmasına baxmayaraq badam çəki verməyə kömək edər. Protein və lif tərkibi iştahanızı azaldar.
5. E vitamini qaynağıdır
Badam bir çox çərəzlərdən daha yüksək miqtarda E vitamini tərkiblidir. Eyni zamanda, E vitamini alzaimer riskini azaldır.
6. Sümük gücünü artırır
Mütəxəssislər badamların sümük sağlamlığı üçün faydalı olduğunu deyirlər.
7. Qan təzyiqini aşağı salır
Yüksək təzyiq infarkt və insult kimi problemlərə yol açar. Araşdırmalar maqnezium qəbulunun yüksək təzyiq riskini azaltdığını göstərir.
8. Toxluq hissini artırır
Protein, sağlam yağlar və lif baxımından yüksək, amma karbohidrat miqdarı aşağı olan badam, toxluq hissini artırır.
9. Badamın göz sağlamlığına faydaları
E vitamini tərkibli badam göz sağlamlığı üçün önəmli rol oynayar.
10. Dərinizi qidalandırar
Badamın dəri üçün bilmədiyiniz faydaları vardır. Badam üz və kosmetik vasitələrin ayrılmaz bir parçasıdır.
11. Yaddaşı gücləndirir
Badam tərkibi ilə yaddaşı gücləndirir və beyni yaxşılaşdırır.
12. Anemiyanın müalicəsində faydalıdır
Badam anemiyanın qarşısını almaq üçün lazımlı olan dəmir, mis və yetərli hemoqlobin artıran vitamin tərkiblidir.
13. Qlütensizdir
Badam qlüten allergiyası olanlar üçün faydalıdır.
14. Enerji qaynağıdır
Badam yeməklə, gün ərzində daha enerjili ola bilərsiniz.
15. Öd daşının qarşısını alır
Badam öd kisəsinin və qaraciyərin problemsiz işləməsini təmin edərək öd daşlarının yaranmasının qarşısını alır.

Səma Fərzəli

Next Post

AQTA bu ilin ilk rübü ilə bağlı statistik məlumatları açıqlayıb.

Ca Apr 22 , 2021
Məlumata əsasən, cari ilin ilk 3 ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub. Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr […]