Azərbaycan südün idxalını azaldıb, ölkədə istehsalını artırıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 2 milyon 809 min ABŞ dolları dəyərində 1 919 ton süd idxal edib.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, idxal olunan südün miqdarı illik müqayisədə 180 ton (8.6) və ya 590 min ABŞ dolları (17.3 %) azdır.

Qeyd edək ki, 3 ayda süd idxalı Azərbaycanın ümumi idxalının 0.11%-nə bərabər olub.

2021-ci ilin yanvar-mart aylarında 484 min ton süd istehsal olunub ki, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə süd istehsalı 1,8 faiz artıb.

Səma Fərzəli

Next Post

Badamın bilmədiyiniz FAYDALARI

Ca Apr 22 , 2021
Daha sağlam qidalanmaq istəyənlər, kilo vermək ya da idman edərkən bəslənməsini gücləndirmək istəyənlər, badamın faydalarını araşdırır. Çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlarınıza, yeməklərinizə əlavə edə bilərsiniz. Bəs badamın faydaları nələrdir? Azfood.az medicina.az-a istinadən badamın faydaları haqqında məlumat verir. 1. Antioksidan Deposu Antioksidanlar vücudumuzu oksidatif stres və vücud […]